AZ

Bakıda avtobus zəncirvari qəza törətdi

Bu gün saat 15 radələrində paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.

Gundem.az xəbər verir ki, Ziya Bünyadov prospektinin Ayna Sultanova heykəli yaxınlığından keçən hissəsində 67 saylı marşrut avtobusu bir neçə minik avtomobili ilə toqquşub. Nəticədə 4 avtomobilə zərər dəyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Qəzanın səbəbi araşdırılır.

 

Seçilən
141
50
gundem.az

10Mənbələr