Misli Premyer Liqasında XXIX tura yekun vurulub.Sonuncu oyunda "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. 20-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə İqor Ribeyro fərqlənib. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" üçüncü pillədə qərarlaşıb. Yeddinci sıradakı "Sumqayıt"ın 29 xalı var.Günün ilk görüşündə "Neftçi" səfərdə "Sumqayıt"ı iki cavabsız qolla üstələyib.Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.