AZ

Almaniyada ilk dəfə jurnalist həbs CƏZASI ALDI

Almaniya tarixində ilk dəfə jurnalist cinayət cəzası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Deutschland-Kurier” qəzeti məlumat yayıb.

Bildirilib ki, Bamberq Rayon Məhkəməsi “Deutschland-Kurier” nəşrinin baş redaktoru David Bendelsi “Mən söz azadlığına nifrət edirəm” yazısı ilə ölkənin daxili işlər naziri Nensi Feserin satirik fotomontajını dərc etdiyinə görə 7 ay həbs cəzasına məhkum edib.

Jurnalist bu fotomontajı ötən ilin fevralında nəşrin sosial şəbəkədəki səhifəsində dərc edib.

Məhkəmə müəyyən edib ki, bu, “siyasi həyatda iştirak edən şəxslərə böhtan atılmasıdır”.

Bendelsin əvvəllər məhkumluğu olmadığı üçün cəzası təxirə salınıb.

Bundan əlavə, jurnalistə nazirdən yazılı şəkildə üzr istəməsi tapşırılıb. Müstəqil müşahidəçilərin fikrincə, cəza siyasi motivlidir. Bu, tənqidi jurnalistləri qorxutmaq və siyasətçilər üçün xoşagəlməz bəyanatları qadağan etmək üçün nəzərdə tutulub. Öz növbəsində Bendels hökmü qəbul etməyəcəyini və bütün qanuni vasitələrlə özünü müdafiə edəcəyini bildirib.

Jurnalist vurğulayıb ki, o və “Deutschland-Kurier” nəşri mətbuat və ifadə azadlığı uğrunda ədalətli və zəruri mübarizəni davam etdirəcək. Hökm hələ qanuni qüvvəyə minməyib. Bendels apellyasiya şikayəti vermək niyyətindədir.

Bizim.Media

Seçilən
160
50
bizim.media

10Mənbələr