Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev Uqandadan olan həmkarı Adonia Ayebare ilə Qoşulmama Hərəkatının (QH) qarşıdan gələn nazirlər görüşünü müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə uqandalı diplomat öz sosial şəbəkədə yazıb.
Məlumata əsasən, tərəflər həmçinin Uqandanın Hərəkata sədrliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevlə görüşmək xoş oldu, biz <...> həmçinin dost ölkələrimiz arasında ikitərəfli məsələləri müzakirə etdik”, –Ayebare vurğulayıb.