AZ

ABŞ və İran nümayəndələri bu tarixdə görüşəcək


ABŞ və İran nümayəndələri aprelin 12-də görüşəcək.
Yeniavaz.com
“ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.
Onun sözlərinə görə, görüş Omanda baş tutacaq və tərəflər İranın nüvə proqramının həlli variantlarını müzakirə edəcəklər.
Dövlət Departamentinin sözçüsü bildirib ki, bu, danışıqlar yox, görüş olacaq.
Bryus ABŞ Prezidentinin elçisi Stiven Uitkoffun Omanda olacağını qeyd edib, lakin onun İran nümayəndə heyəti ilə görüşəcəyini təsdiq etməyib.
Seçilən
156
50
yeniavaz.com

10Mənbələr