AZ

Qəzzada ölənlərin sayı 50 mini keçib




İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 846 nəfərə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində yaralıların sayı isə 115 min 729 nəfər təşkil edib.

Məlumatda o da qeyd edilir ki, İsrail ordusunun atəşkəsi pozduqdan sonra martın 18-də yenidən başlayan Qəzza zolağına şiddətli hücumları nəticəsində ölənlərin sayı 1482-ə çatıb. Təkcə son sutka ərzində 36 nəfər həyatını itirib. Həmçinin bu dövrdə yaralıların sayının 3688-ə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Mehman Mehdiyev
Seçilən
145
38
newscenter.az

10Mənbələr