Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
10. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
15. Təbriz küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;
16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
17. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
19. Babək prospekti, mərkəz istiqamətində;
20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
21. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
22. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
24. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
25. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
26. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
27. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.