2024-2025 tədris ilində 4000-dən çox şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub.
Bu barədə "Unikal"a Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq göstərişinə əsasən, şəhid və hərbçi ailəsi üzvlərinin, Vətən Müharibəsi iştirakçısı, qazi və onların ailə üzvlərinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi məqsədilə atılıb.
Qeyd edək ki, bu rəqəm 2021-2022-ci illərdə 408, 2021-2023-cü illərdə 3 396 nəfər olub.