AZ

Bu rayonun bəzi hissələri 3 saatdır işıqsız qalıb

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə report.az-a rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.

Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

Milli.Az

Seçilən
235
8
milli.az

10Mənbələr