AZ

ABŞ-dan 30-50 milyard dollarlıq silah alışı: Bu pul haradan əldə ediləcək?

"Ukraynanın ABŞ-dan 30–50 milyard dollar dəyərində silah almaq təklifi, Vaşinqtonun ritorikasına və Ağ Evin mövqeyinə müsbət təsir göstərə bilər".

HİT.az xəbər verir ki, bu barədə “Espreso” telekanalının efirində danışan hərbi ekspert, "Defense Express" informasiya və konsaltinq şirkətinin inkişaf direktoru Valeriy Ryabıx bildirib. 

Onun sözlərinə görə, bu təşəbbüs Ukraynanın “yetkinləşdiyini” və xarici yardıma arxalanmaq əvəzinə öz müdafiə ehtiyaclarını müstəqil şəkildə həll etməyə çalışdığını göstərir.

Ekspert hesab edir ki, bu cür iri miqyaslı silah alışının maliyyələşdirilməsində əsas rol Avropa ölkələrinə məxsus olacaq:

"Uzunmüddətli perspektivdə bu vəsaitlər Ukrayna iqtisadiyyatından əldə edilə bilər. Lakin hazırda Avropa ölkələrinin öz təhlükəsizliyi üçün belə məbləğlər ödəməyə hazır olması ehtimalı yüksəkdir. Belə şəraitdə ABŞ-dan silah alınması, həm Ukraynanın, həm də bütün Avropanın təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verə bilər".

Ekspert qeyd edib ki, Prezident Volodimir Zelenskinin bəyanatı əslində ABŞ Prezidentinə ünvanlanmış bir siqnaldır və bu mövzuda artıq müvafiq müraciətin təqdim olunduğunu, hazırda isə ABŞ-ın aidiyyəti orqanları səviyyəsində işlənildiyini göstərir.

"Bu proses ABŞ Müdafiə Nazirliyi və xarici siyasətə cavabdeh Dövlət Departamenti vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, artıq mövcud müqavilələri olan şirkətlərlə danışıqlar aparılır", deyə o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukraynanın ABŞ-dan 30–50 milyard dollar dəyərində geniş silah paketi almaqda maraqlı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu silah alışları gələcəkdə təhlükəsizlik zəmanəti kontekstində də istifadə edilə bilər.

Zelenski bu paketi faydalı qazıntılarla bağlı mümkün bir sazişə bağlamağı da təklif edib: "Buyurun, razılaşma var. Biz vəsaiti ödəyirik – istəsəniz xüsusi fonda, istəsəniz birbaşa sizə. Bizim üçün fərq etməz".

Samir

Seçilən
91
50
hit.az

10Mənbələr