AZ

Qarajda unudulan köhnə maşın 200 min avroya SATILDI - FOTOlar

"Aguttes" portalında 200,7 min avroya "Ferrari 330 GT 2+2" kupesi satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1965-ci il buraxılışı olan maşın uzun müddət Fransada qarajda unudulub.

"Ferrari GT 2+2" modeli 1964-cü ildən 1967-ci ilə qədər istehsal edilib. Dörd litrlik V12 mühərrik 300 at gücü verir və təxminən 240 km/s maksimal sürət təmin edir ki, bu da 60-cı illərin ortaları üçün əlamətdar göstərici idi.

Mühərrik üç Veber karbüratoru ilə işləyir. Kupenin əsas xüsusiyyəti dörd yetkin insan üçün geniş və bahalı dəri ilə işlənmiş salondur.

Satışa çıxarılan avtomobil 1965-ci il Paris Avtosalonunda nümayiş etdirilib. 1966-cı ildə idman avtomobili Le-Man marafonunun rəsmi müşayiət avtomobili olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
83
2
milli.az

10Mənbələr