Axırıncı dəfə "Sen Ağlama İstanbul" serialına çəkilən İsmail Hacıoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, ilk evliliyini həmkarı Vildan Ataseverlə edən Hacıoğlu boşandıqdan bir il sonra Duygu Kumarki ilə evlənib, amma bu evlilik 2020-ci ildə sona çatıb. Onun bu evliliyindən Yemin adlı qızı dünyaya gəlib.
İsmail Hacıoğlunun atası tanınmış şəxs imiş. Belə ki, o, "Fənərbağça"nın sabiq futbolçusu Mehmet Hacıoğlunun oğludur. "Bulqar Mehmet" adı ilə tanınan Mehmet Hacıoğlunun oğlu İsmail Hacıoğlu atasından fərqli olaraq "Qalatasaray" azarkeşidir.