AZ

Bu günün havası: Yüksək dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeronda bu gün hava şəraiti dəyişkən buludlu olacaq, gecə 7-9° isti, gündüz 12-15° isti təşkil edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə qısamüddətli leysan, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bölgələrdə gecə 5-9° isti, gündüz 14-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti proqnozlaşdırılır.

Gecə və səhər arabir duman müşahidə ediləcək.

Bizim.Media

Seçilən
153
1
bizim.media

10Mənbələr