Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma baş tutacaq.
Operativ Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qonaq edəcək. Matç Tovuz şəhər stadionunda keçiriləcək.
Turun qapanış matçında isə "Neftçi" "Zirə" ilə üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
30-cu tur
13 aprel
17:00 Kəpəz – Araz-Naxçıvan
Tovuz şəhər stadionu
19:15 Neftçi – Zirə
“Neftçi Arena”