AZ

Ukrayna ilk dəfə lazer sistemini nümayiş etdirdi - Video

Ukrayna ilk dəfə olaraq “Trizub” lazer sistemini nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə görüntülər Ukraynanın PUA Qüvvələrinin komandanı Vadim Suxarevski nümayiş etdirib.

Bu lazerin 3 min metrə qədər məsafədə hücum PUA-larını, aviabombaları, qanadlı və ballistik raketləri, 5 min metrə qədər məsafədə isə helikopterləri, təyyarələri və kəşfiyyat aparatlarını məhv etmək gücündə olduğu iddia edilir.

Bundan əlavə, lazer 10 min metrə qədər məsafədə pilotsuz təyyarələri, qanadlı raketləri, helikopterləri və təyyarələri kor etmək üçün istifadə edilə bilər.

Seçilən
73
4
axar.az

10Mənbələr