Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evlərinin birində baş verib. Şəhər sakini 1999-cu il təvəllüdlü Arzu Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Fakt araşdırılır.
Tural Əhmədov