AZ

Bütün detallar hələ tam razılaşdırılmayıb – Sülh müqaviləsi ilə bağlı daha bir AÇIQLAMA

Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe sülh müqaviləsinin imzalanmasını əngəlləyir. Azərbaycanın təklif etdiyi prinpislərin bəziləri ilə razılaşmayan Ermənistan rəhbərliyi özünü sülh göyərçini kimi göstərsə də, fəaliyyətləri sülhə xidmət etmir. Bu gün Ermənistan parlamentində Paşinyanın partiyasından olan deputatlar ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağını ehtimal etsələr də, bu sadəcə Ermənistan siyasi hakimiyyətinin manipulyasıdır. Məsələ ilə bağlı

KONKRET.az-a açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin bağlanması real görünmür:

“Erməni tərəfinin verdiyi bəyanatlara baxmayaraq hələ də Azərbaycanın təklif etdiyi beş baza prinsipindən yalnız üçünün ətrafında razılıq var. Digər iki məsələylə bağlı, konkret olaraq gələcəkdə ərazi iddialarında olmamaq və güc tətbiq etməmək kimi müdəalar razılaşdırılmayıb. Artıq ilin sonuncu ayının yarısı da keçib, bu baxımdan mən ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını düşünmürəm. Digər tərəfdən əsas səbəblərdən biri Ermənistanın özünü müstəqil şəkildə qərar verə bilməməsi və vasitəçilərin prosesə neqativ yöndə müdaxiləsidir. Xüsusilə Qərb daha çox fəallıq nümüyiş etdirir. Diqqət edirsinizsə Azərbaycan və Ermənistan arasında ikitərəfli bəyanatın ardınca Avropa İttifaqı Ermənistana dəstəyini davam etdirməsi barədə qərar çıxarıb. Ermənistanda yerləşdirilən missiyanın sayını 50% artırırmaqla bağlı qərar prinsip etibarı ilə sülh prosesini əngəlləyir. Bu və ya bunun kimi digər faktorları nəzərə alsaq, o zaman demək olar ki, ilin sonuna sülh müqaviləsinin imzalanması real görünmür. Əlbəttə ki, biz çox istərdik ki, sülh müqaviləsi imzalansın, amma bizim düşündüyümüz şəkildə beynəlxalq hüquqa və ədalətə uyğun sülh müqaviləsinin imzalanması hələki mümkün deyil”.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
464
50
konkret.az

10Mənbələr