AZ

ÜST-dən koronavirusla bağlı ÇAĞIRIŞ: Epidemioji nəzarəti davam etdirin

“COVID-19 artıq səhiyyə sahəsində qlobal fövqəladə hadisə olmasa da, virus hələ də mutasiya edir və öldürür. Ötən ilin dekabr ayında ÜST COVID-19-dan təqribən 10 min ölüm faktını qeydə alıb, noyabr ayı ilə müqayisədə xəstəxanaya yerləşdirilmələr 42%, reanimasiya şöbəsinə qəbullar isə 62% artıb”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bu gün keçirilən mətbuat konfransında bildirib.

ÜST rəsmisi qeyd edib ki, son rəqəmlər ötən ilin dekabrında COVID-19- yoluxma hallarının artdığını göstərir.
O, bunu bayram dövründə izdihamın olması və yeni “JN.1” ştammının yayılması ilə əlaqələndirib:

“Ayda 10 min ölüm pandemiyanın pik nöqtəsindəki səviyyədən xeyli aşağı olsa da, bu qarşısı alına bilən ölüm səviyyəsi qəbuledilməzdir. Odur ki, dünya ölkələrini epidemioji nəzarəti və ardıcıllığı davam etdirməyə, əlverişli və etibarlı testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə, insanları peyvənd olunmağa, testlərdən keçməyə, zəruri hallarda maskalar taxmağa, izdihamlı yerlərdə yaxşı havalandırılmanın təmin edilməsinə çağırırıq”.

Bizim.Media

Seçilən
308
6
bizim.media

2Mənbələr