Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildrilib ki, yaranan problemlə bağlı əraziyə dərhal İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.
"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda vurğulanır.
Qeyd edək ki, ötən gündən bəri sözügedən ərazidə qaz xəttində yaranmış problem səbəbindən əhali qazsız qalmışdı...