AZ

Qırğızıstanla Tacikistan sərhədlərini dəqiqləşdirir

Qırğızıstan və Tacikistanın hökumət nümayəndələri dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı növbəti görüş keçiriblər. 

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb:

“Razılığa əsasən, 2024-cü il yanvarın 30-dan fevralın 5-dək Qırğızıstan Respublikasının Batken şəhərində Tacikistan və Qırğızıstanın nümayəndə heyətlərinin növbəti iclası keçirilib. İşçi qrupları Qırğızıstan-Tacikistan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasını müzakirə ediblər”.

Yeri gəlmişkən Qırğızıstanla Tacikistan arasındakı dövlət sərhədinin uzunluğu 970 km-dən bir qədər çoxdur. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən 90%-i dövlətlər tərəfindən müəyyən edilsə də, qalan hissələr mübahisəli hesab olunur.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
200
50
konkret.az

10Mənbələr