AZ

Strateji sənaye naziri: Rusiyaya Ukrayna istehsalı dronlardan zərbələr endirilir

Rusiyaya endirilən zərbələr Ukrayna istehsalı dronlarla həyata keçirilir.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna – 2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin çıxış edərkən deyib.

“Rusiya Federasiyasının strateji obyektlərinə zərbələr Ukrayna istehsalı olan dronlarla həyata keçirilir”, – nazir söyləyib.

Siyasətçi əlavə edib ki, bu il ukraynalılar milli yerüstü robot sistemləri haqqında daha çox eşidəcəklər: “Keçən il böyük miqyasda havada, dənizdə dronlar gördük. Bu il onları yerdə gördüyümüz il olacaq”.

Seçilən
152
8
report.az

10Mənbələr