AZ

Kanalda batması ehtimal olunan azyaşlının axtarış-xilasetmə tədbirləri davam edir VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, o cümlədən kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.

 

 

Seçilən
148
28
azertag.az

10Mənbələr