AZ

Hindistan iki aydır Rusiyadan neft almır

Hindistan artıq iki aydır ki, Rusiya neftini almır. 

Azpost.info bildirir ki, bu barədə “Kommersant” “Kpler” analitiklərinin statistik məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Rusiya neftinin dəniz yolu ilə ən böyük idxalçısı olan Hindistan artıq iki aydır ki, Kozmino limanından göndərilən premium ESPO dərəcəli xammalı almır.

Bu barədə Bundan əvvəl Hindistan Sokol neftinin alışını kəskin azaldıb.

ESPO, Şərqi Sibir yataqlarından çıxan aşağı kükürdlü (0,6 faizdən az) neft növüdür. 2023-cü ilin sonunda Hindistan Rusiya xammalının bu markasının ən böyük alıcılarından biri olub. Keçən il orta gündəlik tədarük təxminən 95 min barel olub.

Bundan əvvəl Asiya ölkəsindən idxalçılar Rusiyadan daha bir yüksək dərəcəli neftin – “Sokol”un alışını kəskin şəkildə azaldıb. Belə dinamika əsasən neftə görə ödənişlərdə fikir ayrılıqları ilə bağlı olub. Bundan əlavə, hindistanlı alıcılar da Rusiya neftinin qiymət tavanı mexanizminə riayət olunmasına nəzarəti gücləndirdikdən sonra Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları altına düşməkdən qorxurdular.

Lakin fevralın ortalarında satınalmalarda iki aylıq fasilədən sonra vəziyyət dəyişib. Daha sonra Reuters mənbələrə istinadən xəbər verdi ki, hindistanlı alıcılar yüksək qiymətli Rusiya xammalı üçün ödəmə yolunu tapıb. Hindistan İkitərəfli ödənişlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmlərindən istifadə etməyə başlayıb.

Azpost.info

Seçilən
201
50
azpost.info

10Mənbələr