Şimali Koreya lideri Kim Çen In bu həftə ilk dəfə ictimai tədbirə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobili ilə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə KCNA agentliyi (Koreya Mərkəzi Teleqraf Agentliyi) Şimali Koreya liderinin bacısı Kim Yo Çjonun xüsusi bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Kim Çen Inın bu avtomobildən istifadə etməsi KXDR ilə Rusiya arasında dostluq münasibətlərinin olduğunu göstərir.
Fevralın 18-də KCNA xəbər verib ki, Kim Çen In Vladimir Putindən avtomobil alıb. Şimali Koreya hakimiyyəti bunu ən yaxşı hədiyyə hesab edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Kim Çen Ina "Aurus" avtomobili hədiyyə etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Kim Çen In bu maşını “Vostoçnı” kosmodromunda olarkən görüb və bəyənib.
Musavat.com