AZ

“NATO Ukraynadakı müharibəni dayandırmağa səy göstərmir”

“NATO Ukraynadakı müharibəni dayandırmağa kifayət qədər səy göstərmir”.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Billström deyib.Onun sözlərinə görə, Qərb Rusiyanın davranışlarına nəzarət etmək üçün daha çox iş görməlidir: “Biz başa düşməliyik ki, Rusiya məsuliyyətsiz davranan, dünyanı nüvə təhdidləri ilə üz-üzə qoyan dövlətdir. Biz buna son qoymalıyıq”.Nazir Ukraynadakı müharibənin hələ də başa çatmamasına görə bəzi Qərb dövlətlərini ittiham edib: “Heç də bütün ölkələr təcili tədbirlərin görülməsinin vacibliyini dərk etmirlər”.T. Billström onu da qeyd edib ki, Ukraynaya daha çox silah verilməsi sənaye potensialı yox, siyasi liderlik məsələsidir.Zərintac MayisqızıMissiya.Az

Seçilən
176
3
missiya.az

3Mənbələr