Strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, Ukrayna döyüş şəraitində sınaqdan keçirilən gizli pilotsuz təyyarələrlə Rusiyaya hücum edir.
Qaynarinfo Time-a istinadla xəbər verir ki, qışda Rusiya-Ukrayna müharibəsində "yeni mərhələ” başlayıb, hansı ki, Rusiya ərazisinin dərinliklərindəki hədəflərə pilotsuz təyyarələrin zərbələri ilə xarakterizə olunur. Ukrayna gecə yarısı gizli bazalardan PUA-lar buraxır. Bu bazalar hərbçilər tərəfindən ciddi şəkildə qorunur və cəmi bir neçə mülki mühəndis üçün əlçatandır.
Kamışin atış yerində ən yeni silahlara baxmağa da gəlir. Onun nəşrə şərhində dediyi kimi, bu dronlar birbaşa döyüş şəraitində sınaqdan keçirilir.
"Bizim bu şeyləri poliqonda sınaqdan keçirməyə vaxtımız yoxdur... Biz onları döyüşdə sınaqdan keçiririk. Ona görə də biz orada olub, düzəlişlər edib prosesi təkmilləşdirməliyik".
Nazir yekunlaşdırıb ki, Rusiyadakı hədəflərə edilən bütün zərbələr Ukrayna istehsalı olan dronlarla həyata keçirilib.
Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada silah istehsalı xeyli artıb. Ukraynaya yerli istehsalçılarla yanaşı, xarici şirkətlər də daxil olmağa başlayıb. Məsələn, iyulda məlum olub ki, Ukraynada Bayraktar pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinə başlanılıb. Daha sonra Aleksandr Kamışin vurğulayıb ki, orada başqa şeylər də istehsal oluna bilər, hələlik bunları müzakirə etmək olmaz.
Sursat istehsalı da əhəmiyyətli dərəcədə artıb. İyun ayı ərzində bütün ötən illə müqayisədə daha çox minaatan və artilleriya mərmisi istehsal edilib.
Kamışin bu yaxınlarda bildirib ki, Ukrayna Avropanın ən böyük silah istehsalçısı olmaq istəyir. Raket istehsalına xüsusi diqqət yetirilə bilər.
Alpər