![](https://sportnet.az/uploads/posts/2024-11/medium/1731855279_img_20241117_wa00131731852895.jpg)
"Fənərbaxça"nın futbolçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportnet.az xəbər verir ki, mərakeşli hücumçu "Əl-Nəsr"lə danışıqlar aparır. Bu barədə ərəb mediası məlumat yayıb.
27 yaşlı forvard ərəblərlə anlaşmaq üzrədir. Klublar arasında razılıq əldə olunsa, futbolçu qışda "Əl-Nəsr"ə keçəcək.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.