AZ

Şagirdlərin dərsə gecikməsi təhsildəki əsas problemlərdən biridir

Son zamanlarda məktəblərdə şagirdlərin dərsə gecikməsi halları artmaqdadır. Təhsil mütəxəssisləri bu problemi ciddi narahatlıq doğuran bir məsələ olaraq qeyd edirlər. Dərsə gecikmə yalnız şagirdin öz inkişafını zəiflətmir, həmçinin sinifdəki ümumi mühitə də mənfi təsir göstərir.Məktəblərdə bununla bağlı dəfələrlə xəbərdarlıq edilsə də, hələ də dərsə gecikmə hallarına rast gəlinir. Bu, xüsusilə qış aylarında, əsasən, ibtidai siniflərdə daha sıx müşahidə olunur.Ekspertlər isə bildirirlər ki, dərsə gecikmə probleminin kökündə ailə, məktəb və şagirdin öz motivasiyası ilə bağlı məsələlər dayanır. Bu problemin həlli üçün valideynlərin və müəllimlərin daha sıx əməkdaşlığı vacibdir.TehsilForumu.Az 

Seçilən
101
tehsilforumu.az

1Mənbələr