Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yanvarın 3-dən etibarənBakı–Balakən–Bakı marşrutu üzrə gecə səfərlərinə start verib.
Balakən istiqamətinə qatarların fəaliyyətə başlaması Bakı-Astaraqatarının da nə vaxt bərpa edilməsi barədə sualları gündəməgətirib.
Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətləəlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Trend-ə bildirib ki,Bakı-Astara istiqamətində hazırda yük daşımaları həyatakeçirilir.
"Hazırda həmin ərazidə dəmiryol infrastrukturu sərnişindaşımanıntəşkilinə imkan vermir. Sərnişindaşımanın təşkili üçün həministiqamətdə dəmiryol infrastrukturu yenidən qurulmalıdır.
Bakı-Astara dəmiryolunun ilk növbədə layihələndirilməsi, ardıncamərhələli şəkildə təmiri nəzərdə tutulur", - deyə o qeyd edib.