AZ

9 milyon mənimsəyən polkovnik-leytenant apellyasiya şikayəti verdi

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.


Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin hökmdə qeyd edilib ki, dövlətə vurulmuş ziyan bağlı Rəşad Məlikzadənin özünün və ailə üzvlərinə məxsus 2 milyon manata yaxın əmlakı müsadirə edilib.


Qeyd: Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.


İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

Kamal Məmmədov 

Tarix: 7 Yanvar 2025, 09:38   
Seçilən
49
7
pravda.az

8Mənbələr