AZ

Tehran Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik edə bilər- ÖZƏL

"İran Zəngəzur dəhlizi ilə bağlı Türkiyə ilə danışıqlar üçün nümayəndə heyəti göndərəcək". "Olaylar" xəbər verir ki,  bunu politoloq Məhəmməd Əsədullayev deyib: "İranın Yaxin Şərqdə geosiyasi mövqeyinin zəifləməsi və beynəlxalq təcridi Tehranı çətin vəziyyətlə üzləşdirib. Türkiyə İranın  Zəngəzur  dəhlizi ilə bağlı mövqeyinə görə ciddi təzyiqlər edir. Artıq Türkiyə Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərə başlayıb. İranın mövqeyi zəifləyib və Ankara ilə əməkdaşlıq etməyi planlaşdırır".
Onun sözlərinə görə, İranla Türkiyə arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə oluna bilər: "Bundan sonra, Tehran dəhlizlə bağlı mövqeyində dəyişiklik edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
36
olaylar.az

10Mənbələr