Məqalədə qeyd olunur ki, Zelenski dəfələrlə Trampı güclü lider kimi tərifləyib və eyni zamanda hazırkı prezident Co Baydeni Ukraynaya dəstəkdə qətiyyətsizlik göstərdiyinə görə tənqid edib. Lakin NATO-ya skeptik yanaşan Trampın bu təriflərə fikir verəcəyi inandırıcı görünmür.
Qeyd edək ki, məşhur amerikalı rusdilli bloqer Leks Fridman yanvarın 6-da Zelenski ilə üçsaatlıq müsahibə yayımlayıb. ABŞ jurnalisti Maykl Treysi isə bu müsahibənin sanki yalnız Trampı tərifləmək üçün təşkil olunduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31