Deputatın sözlərinə görə, bu il özünü doğrultmayan bəzi qarşıdurma bloklarının dağılması və yeni ittifaqların yaradılması gözlənilir. Şeremet bildirib ki, Rusiya ətrafında ölkələrin birləşməsi prosesi sürətlənəcək və bu, Qərbin hegemoniyasına qarşı birgə mübarizə məqsədi daşıyacaq.
"O qədər problemlə üz-üzə qalacaqlar ki, Qərb ölkələrinin heç Ukraynadakı vəziyyət vecinə olmayacaq. Ukrayna və onu idarə edən satqın nasistlərin yaratdığı problemlər onları daha maraqlandırmayacaq," - deyə Şeremet vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Şeremet Kiyev rejiminin münaqişənin dayanmasına imkan verməmək üçün təxribatlar törətməyə davam edəcəyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31