AZ

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə olaraqelektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yükstansiyasından Səngəçal stansiyasına göndərilib.

Trend bu barədə səhmdar cəmiyyətə istinadənxəbər verir.

Məlumata görə, elektron qaimə sənədinin istifadəsi nəticəsindəkağız sənədləşmə aradan qalxır; elektron sənədlər real vaxtrejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir;yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təminedilir; sənədlərin tərtib olunması, qeydiyyatı, emalı vəçatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.

Qeyd edilib ki, ADY-nin əsas prioritetlərindən biri yaxıngələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyəcəlb edilməsidir.

Seçilən
31
12
az.trend.az

10Mənbələr