Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmiheyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girovgötürülməsi məsələsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Agentliyin mətbuatkatibi Pərvanə İmanova bildirib ki, 2024-cü ilin 7 noyabrtarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakıfilialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreyadövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədəDDLA -nə məlumat daxil olub.
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçiqaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindənEritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətliqurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinəvə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakısəfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", -deyə o qeyd edib.
Xəbər yenilənəcək