AZ

Sahibsiz itlər sakinləri qapdılar - HƏSSAS GÖRÜNTÜLƏR

Quba rayonunun Qəçrəş və Küsnətqazma kəndlərində sakinlər sahibsiz itlərin hücümüna məruz qalıblar.

News24.az xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasına daxl olan 3 nəfərə it dişləməsi diaqnozu qoyulub.

Məlum olub ki, Küsnətqazma kənd sakini  5 yaşlı Məhəmməd Nurlan oğlu Məhəmmədov, Qəçrəş kənd sakini 65 yaşlı Zöhrə Aslan qızı Mərdiyəva və 66 yaşlı Raida Osmanpaşa qızı Salahova ağır xəsarətlər alıblar.

Quba Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Quba bələdiyyəsi hərəkətə keçib. Hazırda Qubada sahibsiz itlərin sığınacaqlara toplanması icra olunub.


Seçilən
21
1
news24.az

2Mənbələr