AZ

Silah anbarında partlayış

Hurriyyet.az xəbər verir ki, Kubada hərbi sursatlar anbarında partlayış baş verib, nəticədə 13 hərbi itkin düşüb. Bu barədə Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyi məlumat verib. Hadisə ölkənin cənub-şərqindəki Olqin vilayətində baş verib.

Açıqlamada deyilir: "Olqin vilayətinin Rəfael Freire bələdiyyəsindəki silah anbarında baş verən partlayış nəticəsində hərbçilər itkin düşüblər". Bəyanatda itkin düşmüş 13 hərbçinin hamısının soyadları sadalanır.

Yaralılar və ya həlak olanlar, həmçinin, partlayışın səbəbləri barəsində məlumat verilmir.

Hürr Tərcüman

 

Seçilən
46
13
hurriyyet.az

10Mənbələr