AZ

Kevin De Bruyne ABŞ klubu ilə danışıqlar aparır

Bakı, 8 yanvar, AZƏRTAC

İngiltərənin "Mançester Siti" komandasının belçikalı futbolçusu Kevin De Bruyne ABŞ-ın "San Dieqo" klubuna keçməyə yaxındır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.

Bu il MLS-də debüt edəcək komanda misirli iş adamı Məhəmməd Mansura məxsusdur. İspaniya millisinin sabiq futbolçusu Xuan Mata da klubun ortaq sahibidir.

Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm 18 oyunda, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
52
2
azertag.az

4Mənbələr