AZ

Avropa İttifaqından Trampın Qrelandiya iddiasına sərt cavab – “İmkan vermərik!...”

“Avropa İttifaqı (Aİ) kimliyindən asılı olmayaraq, digər ölkələrin öz sərhədlərini zəbt etməsinə icazə verməyəcək”.

“AzPolitika” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot ABŞ-nin yeni seçilmiş prezidenti Donadl Trampın Qrelandiyanın ölkəsinə birləşdirilməsi barədə bəyanatlarına cavab olaraq deyib.

Tramp bir neçə dəfə Qrenlandiyanı Danimarkadan almaq istədiyini bəyan edərək, bunu ABŞ-nın təhlükəsizliyi üçün “tamamilə vacib məsələ” adlandırıb. Danimarka razılaşmanın mümkünlüyünü inkar edir.

Yanvarın 7-də keçirilən mətbuat konfransında Trampa sual verilib ki, o, problemin həlli üçün iqtisadi və ya hərbi məcburiyyətdən istifadə etməyi istisna edəcəkmi?

Prezident bunun mümkün olmadığını təsdiqləməkdən imtina edib.

"Qrenlandiya Danimarkanın muxtar ərazisidir və eyni zamanda Aİ ərazisidir. Aİ-nin dünyanın hər hansı digər ölkəsinin öz suveren sərhədlərinə hücum etməsinə icazə verməsindən söhbət gedə bilməz", - nazir vurğulayıb.

“AzPolitika.info”

Seçilən
33
azpolitika.info

1Mənbələr