Silahı yerə qoymasalar, Türkiyə Suriyanın yeni hökuməti ilə birlikdə kürd qruplaşmalarına qarşı hərbi əməliyyata başlaya bilər.
Editor.az xəbər verir ki, bu barədə “Hurriyet” nəşri Türkiyə liderinin Suriyanın dağılması ilə bağlı sözlərini təhlil edərək yazıb. Belə ki, Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni ildəki ilk iclasından sonra Türkiyənin Suriyanın unitar strukturunun məhv edilməsi ilə razı olmadığını bildirib. “Bir gecə qəfildən gələ bilərik” – prezident deyib.
“Hürriyet” jurnalisti hesab edir ki, bu mesajın ünvançısı Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Özünümüdafiə Qüvvələrini (YPG) dəstəkləyən Qərb ölkələridir. PKK-YPG silahlarını yerə qoymasa və Suriyanın yeni hakimiyyətinin tələblərinə əməl etməsə, o zaman genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq, – Ərdoğanın çıxışından belə görünür.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyada PKK-ya qarşı hərbi əməliyyatlardan danışıb və bu əməliyyatın keçiriləcəyini istisna etməyib.
//Samir Qurbanov, Editor.az