Suriyada yeni administrasiyanın lideri Əhməd Şara PKK/YPG-yə sərt xəbərdarlıq edib. Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyəni təhdid edən qrupların Suriya torpaqlarında toplanmasına imkan verilməyəcək. Şara xarici terrorçu ünsürlərin Suriyanı tərk etməli olduğunu vurğulayıb və Suriyaya verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib. Əhməd Şaranın sözlərinə yeni administrasiyanın mövqeyi Türkiyənin mövqeyi ilə eynidir. Əhməd Şara, “Biz xarici silahlı qruplaşmaları istəmirik. Xüsusilə Türkiyəni təhdid edən qrupları qəbul etməyimiz mümkün deyil. İstanbul və Ankaradakı partlayışları PKK/YPG törədib. Biz öz torpağımızda Türkiyə üçün təhlükənin olmasına imkan verə bilmərik” - deyə bildirib. Əhməd Şara bildirib ki, Suriyadakı ərəb və kürdlər də PKK/PYD-ni istəmir. O, Suriyanın Türkiyə sərhədini qorumaq üçün əlindən gələni edəcəyini ifadə edib. Əhməd Şara digər silahlı qruplardan fərqli olaraq PKK/YPG-nin silahı yerə qoymağa razı olmadığını bildirib.