Bakı, 8 yanvar , AZƏRTAC
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb.
Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik”i olub.