Tver vilayətinin Kalininski rayonunda dörd övladını qətlə yetirməkdə təqsirləndirilən şəxs tibb müəssisəsində dünyasını dəyişib.
Bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanları məlumat verib.
“Dörd uşağını öldürməkdə təqsirləndirilən şəxs xəstəxanada dünyasını dəyişib” deyən mənbə, kişinin bir həftədən çox əvvəl dünyasını dəyişdiyini bildirib.
Bundan əvvəl Tver vilayətində şəxsi evdə 4 ölü uşağın tapılmasından sonra qətllə bağlı cinayət işi açılmışdı . Cinayəti törətməkdə şübhəli bilinən şəxsin özünə də xəsarət yetirdiyi bildirilib.
Daha sonra məhkəmə həmin an xəstəxanada olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçib.
DOĞRU.AZ