Cibi boş bütün komanda ilə hakimiyyətə gələn biri yoxsulluğu aradan qaldırmaqdan danışır.
Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası haqqında yazı dərc edib.
“Onlar hakimiyyətə gələndən sonra da öyündülər ki, biz boş ciblə gəlirik, əvvəlkilər kimi qarət etməmişik, oğurlamamışıq. O vaxt kasıb olmaq brend idi? Gəldin, varlandın, yoxsulluq göz oxşadı? İndi də hökumətin iclasında Paşinyan yoxsulluqdan qurtulmağın yollarını öyrədir. Hamı maraqlanır ki, sən o boş cibləri necə doldurmusan? O, zaman deyirdin ki, bizim kasıb olmağımız Ermənistanın sabiq prezidenti Serj Sarksiyanın günahıdır. İndi deyirsən ki, hökumət günahkar deyil. Ac gəldin və nə varsa yedin”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az