AZ

Putin Trampla heç bir şərt olmadan görüşə hazırdır - Kreml

“Rusiya dövlət başçısı Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Dmitri Peskov deyib.

“Bunun üçün heç bir şərt tələb olunmur. Mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur”, - deyə siyasətçi vurğulayıb.

Peskov qeyd edib ki, Putin əvvəllər Tramp da daxil olmaqla beynəlxalq liderlərlə təmaslara açıq olduğunu dəfələrlə bəyan edib.

Onun sözlərinə görə, Rusiya lideri və Tramp arasında görüşə hazırlıq ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasimindən sonra başlayacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
2
missiya.az

10Mənbələr