AZ

Lukaşenko: “Trampın gəlişi ilə problemlər Belarusda deyil, Avropada olacaq” - VİDEO

Aleksandr Lukaşenko Amerika lideri Donald Trampın Ağ Evə gəlməsində Belarus üçün heç bir problem görmür.

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Trampın gəlişi ilə problemlər Belarusda yox, Avropada olacaq. Artıq başlayıblar... Avropada Trampın qələbəsindən sonra vəziyyətdən çıxış yolu tapmaq üçün artıq ilan kimi fırlanırlar", deyə o, əlavə edib.

Lukaşenko, həmçinin Aİ ilə, hətta “aqressiv siyasət yürüdən ölkələrlə” də dialoq aparmağa hazır olduğunu bildirib.



Bizim.Media

Seçilən
6
50
bizim.media

10Mənbələr