Münsiflər heyətinin səsverməsi nəticəsində 2-ci liqada Vidadi Cəfərov birinci olub. Onu 11 münsifdən 9-u seçib. Ağasəlim Mircavadovla Volkan Üst isə Ədilxan Qarəhmədovun qolunu bəyənib.
Vidadi Cəfərov qələbəsi ilə bağlı “Football-plus.az”a bunları dedi:
“Ayın qolu” mükafatını ilk dəfə qazanıram. 17 yaşımda 1-ci liqada bombardir olmuşdum. Bu mükafa layiq olmaq insanı sevindirir. Mükafat almaq çox yaxşı hissdi. Amma öncəliyim komandanın uğurudu”.
ƏSƏD SEYİDOV