RU

Mircavadov onu seçmədi, bombardirliyini xatırlatdı

PFL-in təşkil etdiyi “Ayın qolu” layihəsində dekabr ayının qalibləri müəyyənləşib.

Münsiflər heyətinin səsverməsi nəticəsində 2-ci liqada Vidadi Cəfərov birinci olub. Onu 11 münsifdən 9-u seçib. Ağasəlim Mircavadovla Volkan Üst isə Ədilxan Qarəhmədovun qolunu bəyənib.

Vidadi Cəfərov qələbəsi ilə bağlı “Football-plus.az”a bunları dedi:

“Ayın qolu” mükafatını ilk dəfə qazanıram. 17 yaşımda 1-ci liqada bombardir olmuşdum. Bu mükafa layiq olmaq insanı sevindirir. Mükafat almaq çox yaxşı hissdi. Amma öncəliyim komandanın uğurudu”.

ƏSƏD SEYİDOV
Избранный
24
football-plus.az

1Источники