Göyçay şəhərində “BMW” markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
![Göyçayda](https://apa.az/storage/news/2025/january/11/small/67821a7436cb767821a7436cb81736579700b4924323214f599e7d8702b0549091d8.jpeg)
![Göyçayda](https://apa.az/storage/news/2025/january/11/small/67821a750c88767821a750c889173657970033f37980ddba51d8de5501f3d27c5573.jpeg)