"Bir vaxt SSRİ-də ali riyaziyyat təhsili alan və elmlər doktoru olan Sadik Əfqanın riyaziyyatla fala baxması da vardı. Nostradamus deyirdilər adına."
News365.az xəbər verir ki, jurnalist İradə İsaq bunu feysbuk səhofəsində paylaşıb.
Deyilənə görə, SSRİ-nin tezliklə yıxılacağını dediyi üçün onu SSRİ-də çox saxlamamışdılar.
Amma indi tez-tez rusların qonağı olur, Putinlə Ərdoğanın fanatıdır. İstanbulda yaşayır.
Çoxdan və dəfələrlə eşitmişəm bunu onun dilindən. Həmişə də marağıma səbəb olub. Görəsən düz deyir? Los-Ancelsdən başlamasın qiyamət?
Daha bir pis xəbər. Rusiya SSRİ olmaq yoluna qədəm qoyacaq. Sanksiyalar daxili istehsalı, elmi gücləndirəcək. Rusiya yenidən dünya hakimiyyətini ələ alacaq. 2027-ci ilə qədər ABŞ bitəcək.
Yalançı özü olsun!